“Black Friday” nə zaman olacaq?

MARAQLI 14 sentyabr 2024, 16:10
“Black Friday”  bütün dünyada böyük endirimlərin təqdim olunduğu və istehlakçıların səbirsizliklə gözlədiyi alış-veriş festivalına çevrilib.

 Bəs bu il “Black Friday” nə zaman olacaq? Endirimlər nə zaman başlayacaq?

Demokrat.az xəbər verir ki, bu barədə Türk mediası məlumat yayıb.
 
Məlumata görə, bu il endirimlərlə dolu olacaq “Black Friday”  29 Noyabr cümə günü olacaq. “Qara Cümə” endirimləri olaraq təqdim olunan  “Black Friday” adətən bir həftə davam edir. Satış günlərində mağazalar uzun saatlarla işləyir və bütün məhsullara nəzərəçarpacaq endirimlər edir.

Qara cümə nədir?

Bu, noyabrın dördüncü cümə gününə, yəni ABŞ-da Şükran Gününə aiddir. 1952-ci ildən Milad alış-veriş mövsümünün ilk günü hesab olunur və bu tarixdə endirimlər edilir.

Bu günə “qara” deyilir, çünki dükanlar hava qaralmadan çox erkən açılır və qaralana qədər bağlanmır.

Bu ifadə ilk dəfə 1961-ci ildə qəzetlərdə "Qara Cümə" kimi qeyd edilmişdir.

Mehriban Mirzəzadə
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 sentyabr 2024, 18:27
Top