Gəncə Dövlət Filarmoniyasında bəstəkar Arif Məlikovun mahnılarından ibarət konsert proqramı təqdim olunub — FOTOLAR

MƏDƏNİYYƏT 14 sentyabr 2024, 15:40
Fikrət Əmirov  adına Gəncə Dövlət Filarmoniyasında  Xalq artisti, dünyaşöhrətli  bəstəkar Arif Məlikovun  mahnılarından ibarət konsert proqramı keçirilib. 

Demokrat.az xəbər verir ki, konsertdə  Bakıdan dəvət olunmuş Arif Məlikovun tələbəsi, Prezident təqaüdçüsü, bəstəkar Pikə Axundova, tanınmış pianoçu, belynəlxalq müsabiqələr laureatı Ülviyyə Kazımova bəstəkarın əsərləri ilə çıxış ediblər. 

Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri və Estrada Ansamblının müşayiəti ilə Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, solistlər Samir Məmmədov, Əli Məmmədov, Xəyal Əliyev, Xəyal Məmmədovun ifasında bəstəkarın "Güllər",  "Gözlərinin aynası", "Yaşatdın məni", "Gəl bizim dağlara", "Mən qartalam","Günəş ürəkli", "Çıx yaşıl düzə" mahnıları səsləndirilib.


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 sentyabr 2024, 21:26
18 sentyabr 2024, 21:16
Top