Azərbaycanda çörəyin qiymətinin artması ilə bağlı məlumatlar yayılıb. Bundan bir neçə ay öncə un məmulatlarının qiymətinin endiyi ilə bağlı məlumatlar verilsədə, indi əksinə, qiymətlərin yenidən bahalaşacağı deyilir. Buna səbəb kimi isə ölkədə yanacağın qiymətinin artması, eləcə də Qazaxıstan və Rusiyadan idxal etdiyimiz buğda ilə əlaqələndirilir.
Bəs həqiqətən də yaxın zamanlarda çörəyin və un məmulatlarının qiymətində artım olacaqmı?
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, yaxın zamanlarda Azərbaycanda çörəyin qiymətinin artımı ilə bağlı qərar gözlənilmir:
“Azərbaycan dövləti ölkədə ərzaq təhlükəsizliyinə, milli təhlükəsizlik məsələsi qədər strateji yanaşır. Bu baxımdan ölkədə məhz çörəyin daha əlçatan olması üçün bir sıra sistemli tədbirlər həyata keçirilir. Bunlar arasında buğda idxalının daha öncədən və daha yuxarı səviyyədə həyata keçirilməsi baş verir. Bununda məntiqi nəticəsi olaraq dünya bazarlarında buğdanın qiyməti qalxdıqda və ya endikdə bu dərhal Azərbaycanda çörəyin qiymətinə təsir göstərmir. Çünki öncədən həyata keçirilmiş idxal, qiymətləri uzun müddət stabil saxlanılmasına imkan verir.
Bir müddət öncə buğdanın və unun qiymətində azaldığı ilə bağlı qərardan sonra çörəyin və unun qiymətinin qalxması ilə bağlı məsələni müzakirə etməsək daha doğru olar. Buna ehtiyac yoxdur. Əgər nə zamansa, dünya bazarlarında buğda və unun qiyməti artarsa, bu davamlı xarakter daşıyarsa, 3-4 ay davam edərsə, ondan sonra çörəyin qiymətinin artma ehtimalı ilə bağlı danışa bilərik. Hazırki məqamda çörəyin qiyməti ilə bağlı birmənalı olaraq artım gözlənilmir”.
Mehriban Mirzəzadə
Demokrat.az