Əhaliyə ŞAD XƏBƏR: Bazarda qiymətlər aşağı düşəcək

İQTİSADİYYAT 07 sentyabr 2024, 15:35

Bazarın strukturunun təkmilləşdirilməsi, rəqabətin dərinləşdirilməsi, inhisarçı meyillərlə mübarizə, sövdələşmələrin qarşısının alınması, istehlakçı hüquqlarının müdafiəsi kifayət qədər iddialı hədəflərdir. Bu istiqamətdə qısa müddətə nəticələrin əldə edilməsi çətindir.

Yenisabah.az xəbər verir ki, bunu Teleqraf.com-a iqtisadçı Rəşad Həsənov deyib.

O qeyd edib ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin yaradılması və onun öz funksiyalarını daha çevik şəkildə idarə etməsi bu istiqamətdə mübarizəni irəliyə aparması üçün imkanlar formalaşdırır:

“Qanunvericiliyin tələbinə uyğun olaraq yeni yaradılan qurumun fəaliyyətinin təşkil edilməsi mümkün olsa, prosesi ictimai faydaları növbəti iki ildən sonra daha çox müşahidə edilməyə başlayacaq. Burada qısa müddətdə hansısa müsbət nəticələrdən danışmaq isə hələlik çox tezdir”.

Ekspert hesab edir ki, proses daha çox bazarda trendlərin dəyişməsi ilə bağlıdır:

“Bazarda təklif bolluğunun yaradılması, hüquqi əsasların formalaşması ilə bağlı məsələlər var. Eyni zamanda məhkəmələrin bu istiqamətdə təcrübələrinin təkmilləşdirməsi də zəruri amillərdəndir”.

Rəşəd Həsənova görə, qısa müddətli dövrdə bazarlarda qiymətlərin və yeni yaradılmış qurumun funksiyalarına uyğun olaraq digər istiqamətdə dəyişikliklərin olması gözlənilmir.

Qeyd edək ki, ölkə başçısının müvafiq fərmanı ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb. Rəqabət Məcələsinin qəbul edilməsindən sonra bu qurumun yaradılması qiymət, antiinhisar və istehlakçıların hüquqlarının qorunması istiqamətində atılmış mühüm addım hesab edilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 oktyabr 2024, 09:30
15 oktyabr 2024, 09:20
15 oktyabr 2024, 08:48
Top