Naxçıvanda 9 yaşlı uşağı elektrik cərəyanı vuraraq öldürüb

HADİSƏ 06 sentyabr 2024, 21:53
Naxçıvanda 9 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

Bu barədə  Naxçıvan Muxtar Respublikası Prokurorluğundan məlumat verilib.

Qeyd olunub ki, bu gün Babək rayon Zeynəddin kəndində 2015-ci il təvəllüdlü H. T-nı yaşadığı evində elektrik cərəyanı vurub və o, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Babək rayon prokurorluğunda araşdırma aparılır.(report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top