Politoloq: “Misirlə əməkdaşlıq Türkiyənin regiondakı geosiyasi maraqlarına cavab verir”

XARİCİ SİYASƏT 04 sentyabr 2024, 17:37
"Misir-Türkiyə əlaqələrinin inkişafı regional məsələlərin həllinə mühüm töhfə verəcək. Xüsusilə də bu yaxınlıq Yaxın Şərqdə İsrail-Fələstin müharibəsinin gedişatına təsir edə bilər". 

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

O, Misir Ərəb Respublikasının Prezidenti Əbdül Fəttah əs Sisinin Türkiyə səfərinin önəmini aşağıdakı kimi şərh edib:

"Misirdə hərbi çevriliş baş verdikdən sonra Türkiyə İxvan Qardaşlarını dəstəkləmişdi. Bu da mövcud hakimiyyətlə Türkiyə arasında dərin siyasi böhrana səbəb olmuşdu. Buna baxmayaraq iqtisadi əlaqələr davam edirdi. Yeni siyasi çağırışlar fonunda Misirlə Türkiyənin yaxınlaşdığını görürük. 

İki ölkə Yaxın Şərqdə və Aralıq dənizində koordinasiyalı siyasət yürüdə bilər. Həmçinin öz maraqlarını müdafiə edərək əlaqələrini möhkəmlədə bilərlər.

Düşünürəm ki, Sisinin Türkiyəyə səfəri iki ölkə tarixində yeni səhifə açacaq. Qəzza münaqişəsi, Hizbullah məsələsi, Türkiyənin ərəb dünyasındakı rolu, həmçinin ABŞ-nin bölgəyə təsirləri ölkə başçıları arasında müzakirə predmeti ola bilər. 

Hesab edirəm ki, Misirlə əməkdaşlıq Türkiyənin regiondakı geosiyasi maraqlarına cavab verir".


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top