Türkiyə Azərbaycanın Suriyadaki səfirliyinin fəaliyyətə başlamasına dəstək verəcək

XARİCİ SİYASƏT 18 yanvar 2025, 13:54
Azərbaycan və Türkiyə regional sülh və sabitlik üçün güclərini birləşdirir.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, iki ölkə bu güc və potensiala malikdir. Onun sözlərinə görə, COP-29 zamanı Azərbaycanın göstərdiyi potensial və bacarıq hər cür təqdirə layiqdir.

H. Fidan, həmçinin, çoxtərəfli formatlarda əməkdaşlığın da genişləndiyini qeyd edərək, Türkiyənin Azərbaycanın Suriyadaki səfirliyinin fəaliyyətə başlamasında lazım olan dəstəyi verəcəyini vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top