Özbəkistandan Rusiyaya uçan sərnişin təyyarəsi PUA hücumu ilə əlaqədar istiqamətini dəyişib

DÜNYA 20 yanvar 2025, 12:59
Özbəkistanın paytaxtı Daşkənddən Rusiyanın Kazan şəhərinə uçan "Red Wings" aviaşirkətinə məxsus sərnişin təyyarəsi PUA hücumları ilə əlaqədar aeroporta eniş edə bilməyib.

Demokrat.az xəbər verir ki, bu barədə Oxu.az məlumat yayıb.

Nəticədə təyyarə Samara şəhərinin aeroportuna eniş etmək məcburiyyətində qalıb.

Qeyd edək ki, Tatarıstanın paytaxtı yanvarın 20-də səhər saatlarında kütləvi dron hücumuna məruz qalıb. Bununla əlaqədar Kazan hava limanı fəaliyyətini dayandırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top