Polad Həşimovun xanımı yeni işindən DANIŞDI

GÜNDƏM 04 sentyabr 2024, 14:20
Xəbər verdiyimiz kimi, ötən gün Şəhid Milli Qəhrəman, general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanovaya dövlət qurumunda vəzifə verilib.

Məsələ ilə bağlı şəhid Milli Qəhrəman, general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova Demokrat.az-a açıqlamasında bildirib ki, sadəcə iş yerimi dəyişmişəm, yüksək vəzifəyə təyin edilməmişəm:

“Mən adətən özüm haqqında danışmağı sevmirəm. Əgər diqqət etmisinizsə, özümlə bağlı heç bir  yerdə müsahibə də vermirəm. Adətən həyat yoldaşım Polad Həşimov barədə danışıram. Müəyyən tədbirlər və tarixi günlər olur ki, onunla bağlı müsahibələr verirəm.
 
O ki, qaldı mənə yüksək verilməsi ilə bağlı iddialara, mən sadəcə iş yerimi dəyişmişəm. Əvvəllər Bakı Şəhəri üzrə Təhsil İdarəsində çalışırdım. İndi isə Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin layihələr üzrə meneceri vəzifəsini icra edəcəyəm”.


Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 sentyabr 2024, 23:46
Top