Van Dammın məşhur hərəkətini təkrarlayan aktrisa gündəm oldu — VİDEO

DÜNYA 04 sentyabr 2024, 09:32
Hollivud ulduzu Jan-Klod van Dammın iştirakı ilə "Volvo"nun əfsanəvi reklamının Qazaxıstanda yeni versiyası çəkilib.

Demokrat.az-ın məlumatına görə, kadrlar sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

Avtomobil satış salonunda çəkilmiş kadrlarda van Dammın rolunu yerli aktrisa Jibek Jappasbayeva ifa edib. O da hərəkət edən iki BMW arasında uzununa şpaqat açaraq çeviklik və tarazlıq möcüzələri nümayiş etdirib.

Qeyd edək ki, 2013-cü ildə "Volvo" markalı yük maşınının "The Epic Split" ("Epik şpaqat") adı ilə çəkilmiş orijinal video əsl sensasiyaya çevrilərək "YouTube"da 120 milyondan çox baxış toplayıb.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top