DİQQƏT: Bu məhsul saç sağlamlığını məhv edir

MARAQLI 03 sentyabr 2024, 21:16
Məlumdur ki, saç hər gün yuyulmamalıdır. Ancaq saçlarımız hər gün yuyulmayanda yağlandığı üçün özümüzü rahat hiss etmirik. Bəzi məhsullar hər gün yuyulmamaq üçün istifadə olunur. Yağlı saçların görünməsinin qarşısını almaq üçün quru şampun istifadə edilən ilk məhsullar arasındadır. Ancaq quru şampundan istifadə düşündüyünüz qədər yaxşı deyil.

Demokrat.az quru şampunların zərərlərini təqdim edir:

1. Saçların həm görünüşü, həm də sağlamlığı üçün təmiz saçlar çox vacibdir. Çox insan parlaq və canlı saçlara sahib olmaq istəyir. Bu səbəbdən saçlarını yuya bilməyəndə və ya vaxtı olmayanda müəyyən məhsullardan istifadə edir. Bu məhsullar arasında ən çox seçilən məhsul quru şampundur. Quru şampunun saçlarımız üçün faydalı olduğu düşünülsə də, əslində bir o qədər zərərlidir. Saçlarınızda keçəlliyə səbəb ola biləcək quru şampunun zərərlərini sizə təqdim edirik.

2. ⁠Təmiz deyil, amma təmiz kimi göstərir 

Quru şampun növləri artıq dünyada olduğu kimi Türkiyədə də bir çox insan tərəfindən istifadə edilir. Ən çox sevilən saç məhsulları arasında yer alan bu məhsul çirkli və yağlı saçların görünüşünə praktiki həll yolu təqdim etməyi hədəfləyir. Bununla belə, saç dizayneri Tom Smith quru şampunun saçları təmizləmədiyini, sprey vasitəsilə saça yapışan kiçik hissəciklər sayəsində saçın təmiz kimi göründüyünü bildirir.

3. Problemlərə səbəb ola bilər

Saçlarımız sözün əsl mənasında görünüşümüzü tamamlayır. Təmiz və canlı saçlar bizi daha yaxşı və enerji dolu göstərsə də, solğun və çirkli saçlar da solğun görünə bilər. Praktik üsul olaraq istifadə etdiyimiz quru şampun saç köklərinə yapışır. Saç köklərinə yapışan bu tip şampunlar bəzi problemlər yarada bilər.

4. Yenilənmiş saçların qarşısınl ala bilər  Saçlarımlz genetik və ətraf mühit faktorlarından təsirlənə bilər. Saçlarımızın böyümə sürətini və quruluşunu genetik faktorlar müəyyən edərkən, ətrafdakı toz və çirkli mühitlər saçlarımızın sağlamlığında mühüm rol oynayır. Saçlarımızda istifadə etdiyimiz quru şampun baş dərisindəki məsamələri bağlayır və yeni saçların çıxmasının qarşısını alır. Unutmaq olmaz ki, sağlam saçların ən mühüm sirri sağlam baş dərisinə sahib olmaqdır.

5. ⁠Sızanaqlara səbəb ola bilər

Sızanaqlardan xilas olmaq üçün dərimizdə müxtəlif məhsullardan istifadə edirik. Ancaq istifadə etdiyimiz bəzi məhsullar sızanaqlardan xilas olmaq əvəzinə onların artmasına səbəb ola bilər. Quru şampun da bu məhsullardan biridir. Quru şampun düzgün təmizlənmədikdə baş dərisində iltihablı sızanaqların əmələ gəlməsinə səbəb olur. Bundan əlavə, saç təbii nəmini itirdiyi üçün kəpək əmələ gələ bilər.

6. Daramaq vacibdir

Quru şampunun tərkibində toz var. Bu səbəbdən saça quru şampun vurulduqdan sonra saçlar diqqətlə daranmalıdır. Diqqətlə daramaq saçda hər hansı quru şampun qalıqlarının qarşısını alacaq. Quru şampun tətbiq edildikdən sonra saç yaxşı daranmazsa, kəpək görünüşü də yarana bilər.

7. Saçlarınız matlaşa bilər

Təmizləmə funksiyası olmayan quru şampunun tərkibində nişasta və spirt var. Saçları təmiz göstərərək daha canlandırıcı təsir göstərməsi gözlənilən quru şampun, gözlənilənlərin əksinə saçları daha da quruda və mat edə bilər.

8. Qıcıqlandıra bilər

Mütəxəssislər quru şampun haqqında bəzi araşdırmalar aparıblar. Bu araşdırmalara görə, mütəxəssislər quru şampunun baş dərisini qıcıqlandıran və ya allergik kontakt dermatitə səbəb ola bilən maddələr olduğunu söyləyirlər. Bu səbəblə quru şampun; qızartı, qaşınma, yanma və ya soyulmaya səbəb ola bilər.

Mehriban Mirzəzadə
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 sentyabr 2024, 17:48
15 sentyabr 2024, 16:16
Top