Əskipara kəndi ilə sərhəddə mina partlayışları olub

REGİON 03 sentyabr 2024, 16:09
Tavuşun Yuxarı Əskipara kəndi ilə sərhəddə yerləşən Voskepar kəndi yaxınlığında minalar partlayıb.

Demokrat.az "Unikal"a istinadən xəbər verir ki, bu barədə kəndin başçısı İşxan Ağbalyan açıqlayıb. 

Hadisə avqustun 31-də Ermənistanla Azərbaycan arasında delimitasiyanın hələ də dondurulduğu kəndin yaxınlığında baş verib.

Ağbalyan qeyd edib ki, Voskeparın 3 sakininə məxsus inəklər tikanlı məftil olmayan ərazidən minalanmış əraziyə daxil olub. Məlumata görə, 7 inək bu ərazidə minalara düşüb. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 sentyabr 2024, 17:48
15 sentyabr 2024, 16:16
Top