Bu ay meteor yağışı olacaq

MARAQLI 03 sentyabr 2024, 14:35
“İlin müəyyən günlərində Yer öz orbiti üzrə hərəkət edərək kometlər və ya asteroidlərlə əlaqəli xüsusilə sıx axınlardan keçir və bu, illik meteor yağışına səbəb olur. Bu cür meteor yağışları hər il təkrarlanır. Bu il ε-Perseid meteor yağışı sentyabrın 5-dən 21-dək aktiv olacaq və sentyabrın 9-da pik həddə çatacaq”.

Demokrat.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb. 

Bildirilib ki, Bakıdan baxanda yağış hər gecə saat 19:30 radələrində üfüqün şərq tərəfində görünəcək və saat 05:45-dən səhərə qədər aktiv qalacaq. Saat 05:00-da - üfüqdən ən hündür nöqtədə olanda daha intensiv olacaq. Yağışın pik nöqtəsində saatda 10-a qədər meteor görüləcəyi təxmin edilir.

Qeyd edək ki, Yer kürəsi kometlər və asteroidlərdən sonra geridə qalan dağıntı axınlarından keçdikdə meteor yağışları yaranır. Bu dağıntılardan biri Yer atmosferi ilə toqquşduqda təxminən 70-100 km yüksəklikdə yanmağa başlayır və  “düşən” ulduzlar kimi görünür.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 sentyabr 2024, 17:48
15 sentyabr 2024, 16:16
Top