Azərbaycanın COP29-a ev sahibliyi edəcəyi günlərdə paytaxtda nəqliyyatın hərəkətinin məhdudlaşdırılması barədə müzakirələr gedir. Ekoloqlar bu müddətdə Bakıda nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq edilməsinin tərəfdarıdılar.
Nəqliyyat eksperti Rauf Ağamirzəyev Demokrat.az-a açıqlamasında qeyd edib ki, bütün dünyada bu kimi qlobal tədbirlər keçirilərkən bir sıra məhdudiyyətlərin tətbiq olunması normaldır:
“Azərbaycan da bu təcrübədən faydalanacaq. Düşünürəm ki, COP29 Azərbaycan üçün də, bölgə üçün də mühüm tədbirdir. Azərbaycan dövləti bu tədbirin ən yüksək səviyyədə keçirilməsi üçün əlindən gələni əsirgəməyəcək. Digər sahələrdə olduğu kimi, nəqliyyat sahəsi də tədbirin keçirilməsi üçün tam hazırlıqlı vəziyyətə gətiriləcək. Qonaqların mobilliyini təmin etmək üçün hava limanından otellər və tədbirin keçiriləcəyi məkanlar istiqamətində şatlların fəaliyyəti nəzərdə tutulub. Daha çox sərnişinin daşınması üçün avtobusların üstünlüyünü təmin edən avtobus zolaqları şəbəkəsi qurulur. Düşünürəm ki, bu, tədbir dövründə də öz faydasını verəcək. Çox güman ki, bir çox küçələrdə fərdi nəqliyyatla hərəkət məhdudlaşdırılacaq. Məktəblərdə payız tətilinin müddətinin uzadılması, universitetlərin distant təhsilə keçməsi, iş yerlərinin bir çoxunun məsafədən fəaliyyət göstərməsi ümumi olaraq şəhərdə hərəkətliliyə təsir göstərəcək. Azərbaycanın COP kimi beynəlxalq əhəmiyyətli tədbirə layiqincə ev sahibliyi edəcəyini hesab edirəm, görülən tədbirlər bunu deməyə əsas verir”.
Törə Zeynallı
Demokrat.az