Gülpəri Bayramova seçicilərinə müraciət etdi — Yasamala SÖZümüz var! (FOTOLAR)

GÜNDƏM 23 avqust 2024, 13:23
16 saylı Yasamal ikinci seçki dairəsindən deputatlığa namizəd, Azərbaycan Biznes Partnyorları Klubunun İdarə Heyətinin (BPC) sədri Gülpəri Bayramova seçkiöncəsi seçicilərinə yenidən müraciət edib:

Demokrat.az
həmin müraciəti təqdim edir:

Əziz seçicilər!

Mən, sizin aranızdan çıxmış, eyni dairənin ərazisində yaşayan 29 yaşlı işgüzar bir  xanım olaraq, seçki marafonumu davam etdirirəm. Bu seçki marafonu ərzində sizinlə çox görüşdüm, fikirlərinizi dinlədim və arzularınızı öyrəndim. Dairənin ərazisində yaşayan ağsaqqalarımızla, ağbirçəklərimizlə, gənclərimizlə görüşdüm. Azərbaycan Texniki Universitetində ümumi görüşümdə yüzlərlə seçici iştirak etdi. Onlar bu yolda mənə dəstək olduqlarını bəyan etdilər. Dairəmizin ən yaşlı seçicisi, 97 yaşlı ağbirçəyimiz Səkinə Babayevadan xeyir-dua almaq bir gənc xanım olaraq mənim üçün sözlə ifadə edilməyəcək qədər şərəfli bir duyğudur. Mənim əsas hədəfim, sizin mənafeyinizi qorumaq və daha firavan gələcəyin qurulması, Möhtərəm Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən çoxvektorlu islahatlara dəstək olmaqdır. Bu yolda qətiyyətliyəm və sizə sədaqətlə xidmət etməyə hazıram.

Unutmayaq ki, seçkilər sadəcə etimad deyil, eləcə də gələcəyə investisiyadır. Mən bu məsuliyyəti dərk edirəm və sizin etimadınıza layiq olmağa çalışıram. Siz bunu seçki marafonu zamanı da müşahidə etmisiniz.

Deputat seçiləcəyim təqdirdə Yasamal Təhsil Fondu, Yasamal Karyera Mərkəzi və “Təibəti qoruyaq” platforması çərçivəsində aztəminatlı ailələrin övladlarının təhsil haqlarının ödənilməsi, işsizliyin aradan qaldırılması, ətraf mühitin qorunması, gəncliyin inkişafı əsas prioritetlərindən biridir. İş adamları ilə birlikdə bu mütərəqqi təşəbbüsləri həyata keçirəcəyik. Biz bu yola birlikdə çıxmışıq. Mən bu dairədə yaşayıram. Biz dünən də BİRLİKdəydik, bu gün də BİRLİKdəyik, sabah da BİRLİKdə olacağıq! 5 ildən bir yox, 5 il BİRLİKdə olacağıq! 

Dəstəyiniz mənim üçün çox önəmlidir. Seçki günü səsvermədə fəal iştirak etməyi və gələcəyiniz üçün doğru seçimi etməyi unutmayın. Birlikdə daha güclü ola bilərik!

Sağlam Gənclik, Sağlam Düşüncə, Sağlam Gələcək! Yasamala SÖZümüz var!

Hörmətlə,  

16 saylı Yasamal ikinci seçki dairəsindən 

Sizə və ölkəmizə xidmətə hazır namizəd










SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top