Tənzilə Rüstəmxanlı: “Neftçala camaatının seçimini düzgün edəcəyini düşünürəm”

GÜNDƏM 20 avqust 2024, 12:28
“Hazırda bir çox media subyektlərində və sosial şəbəkələrdə təbliğat- təşviqat kampaniyamız uğurlu şəkildə davam edir”.  

Bu sözləri Demokrat.az-a açıqlamasında Xalq şairi Sabir Rüstəmxanlının xanımı, Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyib. 

O bildirib ki, havalar isti keçsə də, təbliğat işləri davam edir:

“Doğrudur, hava istidir deyə bir az çətindir. Amma havanın bizim təbliğat-təşviqat kampaniyamıza heç bir təsiri yoxdur. Bu bir yarışdır, marafondur, bir siyası əxlaq nümayiş etdirəcəyimiz bir yerdir. 

Mən hər zaman belə şeylərdə diqqətli olmuşam. Bütün proseslər ciddi və qaydasında gedir. Mən Azərbaycan xalqının məni tanıdığını, güvəndiyini, onun üçün çalışdığımı 33 illik əmək fəaliyyətimdə yetərincə bilirəm. Neftçala camaatı da bizə yad deyil. Vaxtilə Sabir Rüstəmxanlı burada 4 il millət vəkili olub. Biz Neftçala üçün yetərincə səsimizi ucaltmış insanlarıq. İnşallah bundan sonra da ucaldacağıq. 

Düşünürəm ki, Neftçala camaatı seçimini düzgün edəcək. Səsvermə azad iradəmizi ifadə etmək yarışıdır. Kimi layiq görsələr, seçsələr o da qazansın”.

Qeyd edək ki, O, 70 saylı Neftçala seçki dairəsində deputatlığa namizədliyini irəli sürüb.

Xatırladaq ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. 


Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 yanvar 2025, 08:27
Top