QHT sədri: “Seçkilərdə vətəndaş cəmiyyəti nümayəndələrinin də aktivliyi müşahidə olunur”

GÜNDƏM 19 avqust 2024, 16:25
“Azərbaycan bu gün qlobal proseslərdə çox əhəmiyyətli bir dövlətə, ölkəyə çevrildiyinə görə onun tarixində istənilən bir seçki, tədbir çox mühüm əhəmiyyət kəsb edir”.

Demokrat.az xəbər verir ki, bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında “Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyinin sədri Rauf Zeyni deyib.

“Bütün dünyanın aparıcı ölkələrinin gözü Azərbaycandadır. Ona görə də növbədənkənar parlament seçkiləri Azərbaycanın gələcəyi üçün çox mühüm əhəmiyyət kəsb edir. Növbədənkənar parlament seçkilərini əvvəlki seçkilərdən fərqləndirən cəhətlərdən biri və ən önəmlisi ilk dəfə olaraq müstəqil Azərbaycanın bütün ərazisində keçirilməsidir. Ona görə də vətəndaşlarımız bu seçkilərə çox həssas yanaşmalıdır, hamımız seçkilərdə fəal iştirak etməliyik”, - deyə Rauf Zeyni əlavə edib.

O bildirib ki, bu parlament seçkilərində vətəndaş cəmiyyəti nümayəndələrinin də aktivliyi müşahidə olunur:

“Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərindən sonra formalaşacaq parlament yeni bir mərhələnin başlanğıcı olacaq. Yeni formalaşacaq parlamentin qarşısında böyük vəzifələr durur, deputatlar vətəndaşların problemlərinə həssas yanaşmalı və Azərbaycanı beynəlxalq aləmdə təmsil etməklə bağlı daha fəal olmalıdırlar”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 iyun 2025, 08:04
19 iyun 2025, 00:07
Top