“Nikol Paşinyan fərqindədir ki, Türkiyə və Azərbaycanla münasibətlərin normallaşması Ermənistan iqtisadiyyatına müsbət dividentlər gətirmə imkanı yaradacaq".
Bunu Demokrat.az-a açıqlamasında AMİP sədri, millət vəkili Arzuxan Əlizadə deyib.

O bildirib ki, son günlər İran–İsrail müharibəsi regionda elə ciddi vəziyyət yaradıb ki, ermənilər üçün olduqca çətin nəticələrə səbəb olacaq situasiya formalaşıb:
“Çünki Ermənistanın faktiki olaraq dünyaya çıxış imkanları, kommunikasiya xətləri yox səviyyəsindədir. Yalnız Lars keçid məntəqəsi var, o da davamlı olmur. İran üzərindən çıxış imkanları var idi, orada da baş verən hadisələr Ermənistanı çıxılmaz vəziyyətdə qoyur, onsuz da çökmüş iqtisadiyyatını da ciddi problemlə üz-üzə qoya bilər. Bu baxımdan Paşinyanın Türkiyəyə səfəri çərçivəsində bir çox məsələlərlə yanaşı Zəngəzur dəhlizinin hansı şərtlər çərçivəsində açıla biləcəyini müzakirə etmə ehtimalı yüksəkdir".
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan 20 iyunda Türkiyəyə səfər edəcək və Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Cavidan Mirzəzadə
Demokrat.az