"İrana edilən hücumlar hələlik ordan kütləvi köçə səbəb olmayıb. Cənubdakı soydaşlarımıza xüsusi təhdid yaradılmır. Cənubda intensiv bombardıman olarsa, insanların həyatlarını itirdiyi təqdirdə Azərbaycana sığınmaq istəyənlərə görə sərhədlər ən azından birtərəfli açılmalıdır".
Bu sözləri Demokrat.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.
Partiya sədri bildirib ki, müharibədən canını qutarmaq istəyənlərə Azərbaycan öz yardım əlini uzatmalıdır:
"Bu bizim həm qonşuluq, həm də insanlıq borcumuzdur. Bu kimi halların neqativ tərəfləri də olur. Dünya bu gün o qədər qarışıq haldadır ki, hər dövlət müəyyən qədər risk almaq məcburiyyətində qalır. İndilik kütləvi köç olmasa da, İsrailin hücumlarının artacağı halda Azərbaycan öz soydaşlarına qucaq açmalıdır".
Əfsanə Kamal
Demokrat.az