"İsrailin İrana hava hücumu ilə bölgədə artan gərginlik, region dövlətlərinin böhran vəziyyətlərindəki rolunu və imkanlarını yenidən gündəmə gətirdi. Xüsusilə yüzlərlə xarici vətəndaşın İrandan təxliyəsi zamanı Azərbaycanın ərazisindən istifadə olunması, ölkəmizin beynəlxalq miqyasda etibarlı, təhlükəsiz və sabit tranzit dövləti kimi qəbul olunduğunu təsdiqləyir".
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.
Deputat bildirib ki, bu, təkcə texniki və coğrafi üstünlük deyil, həm də geosiyasi etimadın göstəricisidir:
"Azərbaycan regional münaqişələrdə neytrallığını və sülhə çağırış edən mövqeyini qorumaqla yanaşı, humanitar və diplomatik missiyalarda da fəal iştirak edir. Xarici vətəndaşların təhlükəsiz şəkildə çıxarılması üçün Azərbaycanın hava və quru yollarının seçilməsi beynəlxalq aktorların Bakıya olan etibarını və strateji baxışını əks etdirir.
Bakı, gərginliklər fonunda özünü təxliyə marşrutuna çevrilməklə, insani dəyərlərə və beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirir.
Nəticə etibarilə, bu hadisə bir daha göstərdi ki, Azərbaycan yalnız enerji və logistika qovşağı deyil, həm də böhranların idarə olunmasında sabitlik adası, geosiyasi körpü və etibarlı tərəfdaşdır. Müasir beynəlxalq münasibətlər sistemində bu status, uzunmüddətli strateji əhəmiyyət daşıyır".
Qeyd edək ki, 600-dən çox əcnəbi vətəndaş İrandan Azərbaycan yolu ilə təxliyə edilib.
Əfsanə Kamal
Demokrat.az