Türkiyə polisi respublikanın qərbində və şimal-qərbində meşə yanğınlarında iştirak etməkdə şübhəli bilinən yeddi nəfəri saxlayıb.
Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Əli Yerlikaya "X" (keçmiş "Twitter") səhifəsində məlumat verib.
Hazırda beş vilayətdə - İzmir, Aydın, Muğla, Manisa və Boluda meşə yanğınları söndürülür. Əməliyyatda 42 helikopter, 11 təyyarə və 366 quru qüvvəsi iştirak edir.(oxu.az)