"Qoy hər bir qadın öz yoldaşını sevgi ilə tərbiyə etsin…"— Psixoloqdan AÇIQLAMA

SOSİAL 13 avqust 2024, 20:59
Xəyanət ümumiyyətlə bir  kişinin fitrətində olur. Əgər bir insanın xarakterində bu yoxdursa, onu əsla etməz. 

Bu sözləri Demokrat.az-a açıqlamasında psixoloq Sevinc Həbibova deyib. O bildirib ki, bu həm də bir vəfa, sədaqət məsələsidir. 

“İndi sosial şəbəkələr həddən artıq çoxdur. Əvvəl kişi, oğlan bir qızı sevəndə mücadilə edirdi, arxasınca qaçırdı. Onu əldə etmək üçün, evlənmək üçün mübarizə aparardı. Amma indi elə deyil. İndi heç bir kişi  qadının arxasınca düşmür. Bu çox həssas bir mövzudur. Xanımlar elə bilirlər ki, hansısa xanım digəri ondan gözəldir deyə belə olur, yox, bu sırf kişinin fitrəti ilə əlaqədardır. Xəyanət edən insan zatən edəcək. İstəyirsən ən gözəl libası geyin, onu ən gözəl evdə yaşat. Bu kişinin iradəsi ilə bağlıdır. Bu xəyanət qadınlarla bağlı deyil. Sırf o kişinin, yetişdiyi ailə ilə, onun aldığı tərbiyə ilə bağlıdır. Amma mən demirəm ki, xəyanət edən mütləq ailəsində pis tərbiyə görüb. Yox, sadəcə bəzi boşluqlar olur kişinin həyatında. Ona görə də bu boşluğu doldurmaq üçün kişilər əlacı xəyanətdə görürlər”.
 
 Psixoloq onu da qeyd edib ki, qadınlar yoldaşları ilə dava etdikdə belə cazibədar görünməlidir:



“Qadınlar özləri də həyat yoldaşlarına mehriban davranmalı, hətta dava etdikdə belə qadınlar onlara cazibəli görünməlidir. Çünki kişi işdən yorğun gəlir. Onlar istəyir ki, evə girəndə rahat, heç bir sual vermədən, qadını onun qulluğunda dursun, xoş rəftar etsin. Əgər qadınlar bunu etsələr, kişi özü evə bağlı olar və evə gəlməyə can atar. Çox xanımlar bunu etmirlər. Amma xanımları da qınamıram, çünki kişilər səhər gedir, axşam gəlirlər. Bütün evin yükü, uşağın tərbiyəsi onların üzərinə düşür. Qadınlar ümumiyyətlə  heç vaxt öz yoldaşlarının ipini boş buraxmasınlar. Hər zaman onları izləsinlər, onlarla mehriban olsunlar”.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top