Builki COP-29 tədbiri iqlim maliyyələşməsi ilə yadda qalacaq

COP29 12 avqust 2024, 12:56
Noyabr ayında Bakıda keçiriləcək COP29 tədbirində əsas hədəflər biri də iqlim dəyişikliyi problemlərinin həllinə sərmayə cəlb etmək olacaq. İqlim dəyişikliyi ilə mübarizə çərçivəsində COP29 inkişaf etmiş və inkişaf etməkdə olan tərəfləri birləşdirir. Xüsusən də inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyə ilə mübarizə və onun fəsadlarının aradan qaldırılması istiqamətində maliyyə yardımə göstərmək başlıca məqsədə çevrilir. 

Ekoloq Rövşən Abbasov Demokrat.az-a açıqlamasında deyib ki, COP29-da da əvvəlki illərdə olduğu kimi iqlim problemlərinin geniş müzakirəsi gözlənilir: 



“İqlim dəyişmələrinin qarşısının alınması, atmosferdə karbon emissiyalarının azaldılması və bunun üçün maliyyə mənbələrinin tapılması istiqamətində böyük addımların atılacağı gözlənilir. Hər COP tədbiri özünəməxsus cəhətləri ilə yadda qalır. COP29 da iqlim maliyyələşməsi ilə yadda qalacaq. Yeni enerjiyə keçid, iqlim dəyişmələri ilə mübarizə böyük maliyyə resursları tələb edir. Azərbaycan da yeni maliyyə resurslarının tapılması üçün təşəbbüslər irəli sürüb. Ümid edirəm ki, bu təşəbbüslər beynəlxalq səviyyədə dəstəklənəcək və

Azərbaycan nəhayət ki, özünün yaratdığı bir platformada ciddi maliyyə resurslarına malik olacaq. Bundan sonra həmin maliyyə ilə atmosferdə iqlim dəyişmələrinin təsirini, karbon emissiyalarını, metan emissiyalarını azaltmaq, yeni iqlim dəyişmələrinə adaptasiya strategiyasının qurulması üçün müxtəlif plan və sxemlərin yaradılması gözlənilir”. 

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 sentyabr 2024, 00:27
11 sentyabr 2024, 22:18
Top