YapiKredi Müraciət Forması
İdman

"Qarabağ" 5, "Zirə" 81 pillə irəlilədi

Qarabağ 5, Zirə 81 pillə irəlilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Demokrat.az xəbər verir ki, İFFHS-in siyahısında planetin ən güclü 503 klubu yer alıb.

Azərbaycan cədvəldə 4 komanda ilə təmsil olunur. Ən yaxşı təmsilçimiz "Qarabağ”dır. 197,25 xala malik Qurban Qurbanovun yetirmələri dünyada 34-cüdür. Ağdam klubu 5 pillə irəliləyib.

81 addımlıq sıçrayış edən "Zirə” 76,25 xalla 280-cidir. "Sabah” üç pillə geriləyib və 62,25 xalla 382-ci yerdə qərarlaşıb. 35 pilə geriləyən "Neftçi” 57 xalla 431-cidir.

Qeyd edək ki, siyahıya Madrid "Real”ı başçılıq edir – 371 xal.

NE
Nihadə Eyyubova