Güzgünün sınması nə üçün pis əlamət sayılır?

MARAQLI 10 avqust 2024, 19:54
Demək olar ki, bütün dünya xalqlarının folklorunda, inancında güzgü sınması pis əlamət kimi qiymətləndirilir. Bəs nə üçün?

Demokrat.az lent.az-a istinadən bildirir ki, əvvəllər güzgü çox bahalı və tapılmaz bir məhsul sayılırdı. Onun hazırlanmasında civədən istifadə olunurdu. Başqa sözlə, şüşənin  arxasına öncə civə, sonra taxta və ya dəmirdən üzlük çəkərək onu güzgüyə çevirirdilər. Belə güzgü düşüb sınardısa, zəhərlənmə, hətta ölüm halı baş verirdi. Ona görə, güzgü sınması fəlakət, bədbəxtlik anlayışını da özü ilə gətirmişdi.

1835-ci ildə alman ixtiraçı Yustas Fon Libix civəni gümüşlə əvəz elədi və ondan sonra güzgü qorxulu olmaqdan çıxdı. Lakin onunla bağlı bu inanc qüvvədə qaldı.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 sentyabr 2025, 22:33
22 sentyabr 2025, 21:22
Top