Ali məktəblərdə pulsuz yerlərin sayı nə qədərdir?

SOSİAL 10 avqust 2024, 18:46
2024/2025-ci tədris ili üçün respublika ali təhsil müəssisələrinin I-V ixtisas qruplarında Azərbaycan və rus bölmələri, hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı və dövlət sifarişi üzrə yerlərin sayı təqdim edilib.

Dövlət İmtahan Mərkəzindən Demokrat.az-a bildirilib ki, beş ixtisas qrupu üzrə ümumilikdə 58610 plan yeri müəyyən edilib. Bu yerlərdən 27834-nə tələbə qəbulu dövlət sifarişi əsasında aparılır.

Qeyd edilib ki,

-I ixtisas qrupunda 19990 yerdən (o cümlədən Azərbaycan bölməsi - 13315, rus bölməsi - 785, birgə - 5890) 14407 yerə;

II ixtisas qrupunda 14550 yerdən (o cümlədən Azərbaycan bölməsi - 11335, rus bölməsi - 575, birgə - 2640) 4390 yerə;

-III ixtisas qrupunda 15459 yerdən (o cümlədən Azərbaycan bölməsi – 11854, rus bölməsi – 1410, birgə - 2195) 4318 yerə;

-IV ixtisas qrupunda 4600 yerdən (o cümlədən Azərbaycan bölməsi – 3520, rus bölməsi – 330, birgə - 750) 3135 yerə;

-V ixtisas qrupunda 4011 yerdən (o cümlədən Azərbaycan bölməsi üzrə 1226, rus bölməsi üzrə 110, birgə - 2675) 1584 yerə tələbə qəbulu dövlət sifarişi əsasında aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 yanvar 2025, 13:19
Top