Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə Samux rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə müavini təyin olunub.
Demokrat.az BAKU.WS - ə istinadən xəbər verir ki, Musayev Fikrət Kamal oğlu Samux rayon Polis Şöbəsində əməliyyat işləri üzrə müavin vəzifəsinə təyin edilib.
Bildirək ki, polkovnik-leytenant F. Musayev yeni vəzifəyə qədər Daşkəsən rayon Polis Şöbəsində xidmət üzrə müavin vəzifəsini icra edib.