Rus dilində albom buraxdı, tənqid olundu — QALMAQAL (FOTO)

ŞOU-BİZNES 09 avqust 2024, 11:55
Əsl adı Kristina Gerasimova olan ukraynalı müğənni Luna avqustun 8-də "Arzular" adlı yeni albomunu təqdim edib. 

Demokrat.az xəbər verir ki, albom 11 rusdilli və yalnız iki Ukrayna dilində mahnıdan ibarətdir.

Müğənni buna görə, sərt tənqid olunub. Luna "Instagram" səhifəsində yeni bəstələrin yayımlandığını elan edib. Lakin o, albomu sosial şəbəkələrdə ingilis dilində elan edib və adını rus dilində buraxıb. Qeyd edək ki, alboma yalnız iki ukraynadilli "Koxanka" və "Reality" treki daxildir.

Luna müharibənin üçüncü ilində rusdilli albom buraxmaq qərarını "cəsarət" adlandırıb.

Müğənninin albomla bağlı paylaşımının altındakı şərhlərdə izləyiclər sənətçinin bu hərəkətinə sərt reaksiya verib, onu tənqid, hətta təhqir ediblər.



Jalə
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 iyul 2025, 10:38
13 iyul 2025, 09:35
13 iyul 2025, 09:27
Top