Ağcabədi rayon sakini, 2004-cü il təvəllüdlü, iki ayağı olmayan, görmə məhdudiyyətli şəxs - Sadıqov Hüseyn Əlağa oğlu sosial şəbəkələrdə müraciət yayaraq əlillik təqaüdünün kəsildiyini iddia edib.
Demokrat.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Hüseyn Sadıqov bir ildən çoxdur yaralandığını, qazilik statusunu ala bilmədiyini də deyib. O, müvafiq qurumlar tərəfindən süründürməçiliyə məruz qaldığını bildirib.
"Sadıqov Hüseyn Əlağa oğlu Qarabağ qazisi adını alması və bunun müqavilində əlavə 500 manat almağı da özünün haqqı hesab edir". Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində həkim ekspert vəzifəsində çalışan Namiq Seyfeddinli sosial şəbəkələrdə Qaynarinfo əməkdaşının suallarını cavablandırarkən deyib.
Həkim ekspert daha sonra qeyd edib: "Vətəndaş düşünür ki, ona hər ay 500 manat Prezident təqaüdü verilməlidir. Kimsə izah edib ki, sənin 500 manatını kəsirlər. Qanuna əsasən isə ona 500 manat Prezident teqaüdü ayrılmayıb. Cünki Sadıqov Hüseyn Əlağa oğlu hərbi hissədən kənarda olarkən minaya düşüb. Və Müdafiə Nazirliyi bu hadisəni hərbi xidmət vəzifələrini icra edərkən, müharibə ilə əlaqəli yox, xidmət dövrü ilə elaqələndirib. Nazirlər Kabinetinin 11 saylı qərarına əsasən, xidmət dövründə baş verən hadisəyə görə Prezident təqaüdü verilmir. Yanvardan 1-ci qrup əlillik təqaüdü vaxtı-vaxtında ödənilir".
Namiq Seyfeddinli bildirib ki, Hüseyn Sadıqov Prezident təqaüdünü almalı olduğunu düşünür: "Almalı olduğunu və bunun verilmədiyini, ilk gündən kəsildiyini düşünür. Hadisə əgər komandirin tapşırığını yerinə yetirərəkən, xidmət vəzifəsini icra ederkən olsaydı, veriləcəkdi. Amma xidmətdən kənarda baş verib".