YapiKredi Müraciət Forması
İdman

"Neftçi" Portuqaliya yığmasının yarımmüdafiəçisini transfer etdi

Neftçi Portuqaliya yığmasının yarımmüdafiəçisini transfer etdi

Premyer Liqada yeni mövsümə qələbə ilə başlaya bilməyən "Neftçi" növbəti transfer əməliyyatını müsbət sonuclandırıb.

Demokrat.az sportinfo.az-a istinadən xəbər verir ki, açılış turunda "Turan Tovuz"la qolsuz heç-heçə edən "ağ-qaralar" bu dəfə xarici bazara üz tutub.

Paytaxt təmsilçisi Rafael Quzzo ilə anlaşıb.

"Benifka"nın yetirməsi yarımmüdafiə mövqeyində çıxış edir. 29 yaşı var, karyerası kifayət qədər rəngarəngdir. Portuqaliyanın U-16, U-17, U-18, U-19, U-20 və U-21 yığmalarının formasını geyinib. Daha sonra "Tondela", "Reus", "Vizela" və "Qolas"ın formasını geyinib. 2024-cü ilin əvvəlində "Çaveş"ə keçib.

NE
Nihadə Eyyubova