Bu ölkələr ABŞ-ın Qəzzaya sülhməramlılar göndərmək tələbini rədd etdilər

DÜNYA 07 avqust 2024, 13:37
İordaniya, Qətər və Səudiyyə Ərəbistanı hökumətləri ABŞ-ın Qəzza zolağında müharibədən sonrakı sülhməramlı missiyada iştirak etmək təklifini rədd edib. 

Demokrat.az
xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb. 

Məlumata görə,  İordaniya, Qətər və Səudiyyə Ərəbistanının imtinasını bununla izah edib ki, bu sülhməramlı missiya İsraili fələstinlilərdən qorumaq üçündür.

Eyni zamanda, Misir və BƏƏ missiyada iştirak etmək niyyətlərini təsdiqləsələr də, bir neçə şərt qoyublar. Onların arasında İsrailin baş naziri Benyamin Netanyahunun rədd etdiyi iki xalq üçün iki dövlət konsepsiyası çərçivəsində baş tutması tələbi də var.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Fələstin radikal HƏMAS hərəkatının yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə soxulması, sərhədyanı qəsəbələrin sakinlərinin öldürülməsi və əsirlərin girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Buna cavab olaraq İsrail Qəzzanı tam blokadaya aldığını elan edərək, onu və Livan və Suriyanın müəyyən bölgələrini vurmağa başlayıb, bundan sonra anklavda quru əməliyyatına başlayıb. İordan çayının qərb sahilində də toqquşmalar baş verir.


Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 sentyabr 2024, 16:56
08 sentyabr 2024, 14:16
Top