Bu rayonda işıq olmayacaq

SƏNAYE VƏ ENERGETİKA 07 avqust 2024, 12:06
Bu gün Xaçmaz rayonunun Yalama, Xanoba, Ləcət, Gilahoba, Yaquboba, Düztahiroba, Ukuroba, Tel, Ortaoba kəndlərində elektrik enerjisinin verilməsində məhdudiyyətlər olacaq.

Demokrat.az bu barədə "Azərişıq" ASC-yə istinadən xəbər verir.

Məlumata görə, rayonda elektrik enerjisinə artan tələbat nəzərə alınaraq "Yalama" 110/35/10 kV-luq yarımstansiyasında həyata keçirilən təmir işləri ilə əlaqədar bu gün elektrik xətləri sifarişə əsasən açılacaq. Bununla əlaqədar elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən kəndlər elektrik enerjisi ilə tam təmin olunacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 sentyabr 2024, 23:00
Top