20 ildir axtarışda olan qatilin polis əməkdaşı olduğu üzə çıxdı

DÜNYA 05 avqust 2024, 14:46
20 ildir qətlə görə ABŞ-da ən çox axtarılanlar siyahısında olan qaçaq Meksikada polis məmuru işləyərkən yaxalanıb.

Demokrat.az xəbər verir ki,  saxlanılan Antonio “El Diablo” Riano adlı şəxs birinci dərəcəli qətldə ittiham olunacaq.

Beləki, 2004-cü ildə ABŞ-ın Ohayo ştatında barın qarşısında qanlı atışma baş verib. 25 yaşlı Benjamin Bekarra Round House Barında başından vurularaq öldürülüb. Bekarra hadisədən bir neçə həftə əvvəl barda dava salmışdı. Bekarranın qatilinin Riano olduğu müəyyən edilib.
 
Rianonun barəsində axtarış elan edilib və bu arada onun çoxlu müxtəlif ləqəblərə və müxtəlif şəxsiyyətlərdən istifadə etmək üçün saxta sənədlərə sahib olduğu müəyyən edilib. Onun başqa cinayətlərdə əli olması ehtimalı da artıb.

Polis dinləmələrə qatılmayan Rianonu 2005-ci ildən bəri "Ən çox axtarılanlar" siyahısına salıb. Meksikalı olan Rianonun ölkəsinə qaçdığı məlum olub. 2018-ci ildə geri qaytarma sorğusu edilib. Lakin onu ələ keçirmək mümkün olmayıb. Nəhayət onun izi tapılıb. 
Onun 20 ildir Meksikada polis məmuru işlədiyi öyrənilib. 72 yaşlı Riano ötən cümə axşamı paytaxt Mexikoda tutularaq ABŞ səlahiyyətlilərinə təhvil verilib. Ailəsi Oaxakada yaşadığı üçün onun tapılmasının uzun sürdüyü bildirilib.

Əfsanə Rəcəb
Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top