Britaniyada COVID-19-un yeni ştamı yayılıb

DÜNYA 05 iyul 2025, 09:41
Böyük Britaniyada COVID-19-un yeni - "Stratus" adlanan yeni ştamı sürətlə yayılmağa başlayıb.

Demokrat.az bu barədə "İndependent" nəşrinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, "Stratus" virusu boğazda xırıltı ilə müşahidə olunur.

Bildirilir ki, "Stratus" adlanan bu ştamın XFG və XFG.3 adlı iki variantı mövcuddur. Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyinin məlumatına görə, XFG.3 hazırda ən geniş yayılan variant hesab edilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top