Saat 12:00-a qədər 640.8 litr qan tədarük olunub

SOSİAL 05 iyul 2025, 12:41
Aşura günü münasibətilə keçirilən könüllü qanvermə aksiyasında saat 12:00-a olan məlumata görə, 1424 nəfər iştirak edib.

Demokrat.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb

Qeyd olunub ki, həmin şəxslərdən ümumilikdə 640.8 litr qan tədarük olunub.

Aksiya Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə həyata keçirilir.

Builki aksiyalar ölkənin 30 şəhər və rayonu üzrə ümumilikdə 38 məntəqədə təşkil edilib. Qanvermə məntəqələrinə 23 məscid və ziyarətgahla yanaşı, 15 tibb müəssisəsi də daxildir.

Qanvermə aksiyaları səhər saat 08:00-dan etibarən başlayıb və gün ərzində davam edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 iyul 2025, 16:37
Top