Polşa Rusiyaya nota verdi

DÜNYA 05 iyul 2025, 08:52
Polşa Xarici İşlər Nazirliyi (XİN) hava hücumu zamanı ölkənin Kiyevdəki səfirliyinə zərər dəydiyi üçün Rusiyanın Varşavadakı səfirliyinə nota təqdim edib.

Demokrat.az xəbər verir ki, bu barədə Polşa XİN-in "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

Nazirlik qeyd edib ki, zərbə beynəlxalq hüquqa, xüsusən də Diplomatik Münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyasına ziddir.

Qeyd edək ki, Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiya ordusunun Ukrayna paytaxtına endirdiyi zərbələr nəticəsində Polşanın Kiyevdəki səfirliyinin konsulluq şöbəsinin binasının zədələndiyini bildirmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top