“Bəziləri deyirdi ki, getmə, təhlükəli ola bilər, amma tam təhlükəsiz qayıtdıq” — VİDEO

XARİCİ SİYASƏT 05 iyul 2025, 10:13
İran Prezidenti Məsud Pezeşkian Azərbaycandan qayıtdıqdan sonra hökumət nümayəndələri və jurnalistlər qarşısında çıxış edib.

Bu barədə "Azad İran" "Telegram" kanalı İran KİV-ə istinadən məlumat yayıb.

"Bəziləri mənə dedilər ki, bu səfər sizin üçün təhlükəli ola bilər. Amma gördüyünüz kimi problemsiz gedib, problemsiz qayıtdım. Azərbaycan Prezidenti İlham Əliyevlə söhbətimiz dostluq şəraitində keçdi. Türkiyə prezidenti ilə də çox yaxşı və konstruktiv söhbətimiz oldu. Pakistanın baş naziri ilə iki ölkə arasındakı münasibətləri müzakirə etdik", - deyə M.Pezeşkian vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top