Əkiz qardaşlar imtahanda oxşar nəticə göstərdilər

SOSİAL 05 avqust 2024, 14:18
Sumqayıtda əkiz qardaşlar ali təhsil müəssisələrinə qəbul imtahanından təqribən eyni balı toplayaraq yüksək nəticə göstəriblər.  

Demokrat.az xəbər verir ki, Tahir və Toğruz Qənizadə qardaşlarının imtahan nəticələri arasında 1 bal fərq olub. 

Belə ki, Tahir Qənizadə 657.1, Toğrul Qənizadə isə 656.1 bal toplayıb.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov sosial şəbəkə hesabında qardaşlarla bağlı paylaşım edərək onların BANM-in Kompüter elmləri ixtisasını seçdiklərini bildirib. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 sentyabr 2024, 23:46
Top