Göygöl rayonunda 2006-cı il təvəllüdlü Sənan yetkinlik yaşına çatmayan Gülnazla (adlar şərti göstərilib – red.) cinsi əlaqədə olub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Sənan 2023-cü ilin dekabr ayının əvvəllərində, dəqiq günü istintaqla müəyyən olunmayan tarixdə aralarında sevgi münasibəti olduğu Gülnazla evlənmək qərarına gəlib.
Sənan Gülnazı könüllü razılığı əsasında yaşadığı Daşkəsən rayonunun qəsəbəsində yerləşən evinə apararaq yataq otağında onunla razılığı ilə onunla ilk dəfə cinsi əlaqədə olub.
Daha sonra həmin tarixdən hazırki vaxtadək Göygöl rayonunun kəndində yerləşən evlərində Gülnazla ər-arvad kimi ailə münasibətində yaşayaraq mütəmadi olaraq təbii və qeyri-təbii yolla cinsi əlaqəyə girib.
Hadisəni törədən Sənanın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sənan ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Daşkəsən rayonunun qəsəbəsində yaşayır, rəsmi iş yeri yoxdur, fərdi olaraq fəhlə kimi fiziki işlər görərək dolanır: “2022-ci ilin yay aylarında Göygöl rayonunun kəndində yaşayan dayımgilə gedib-gələn zaman onların qonşuluğunda yaşayan Gülnazı küçədə gördüm və ondan xoşum gəldi. Gülnazı bir neçə dəfə gördükdən sonra ondan xoşu gəlməyimi dedim. Həmin vaxtdan sonra aramızda sevgi münasibətləri yarandı. Biz sevgili olduq. Mütəmadi olaraq telefonla danışdıq”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2023-cü ilin yay aylarında isə öz valideynlərini Gülnazı istəmək üçün elçi göndərib: “Lakin Gülnazın valideynləri onu mənə vermədilər. Həmin vaxtlar Gülnazı öz razılığı ilə qaçıraraq Daşkəsən rayonunun qəsəbəsində yerləşən evimizə gətirdim. İki gün birlikdə evdə qaldıq. Lakin aramızda heç bir cinsi əlaqə olmadı. Sonra Gülnazın valideynləri gələrək onu apardılar”.
Sənan qeyd edib ki, bir müddət sonra 2023-cü ilin dekabr ayının əvvəllərində Gülnaz ilə danışan zaman onunla qaçıb evlənmək qərarına gəlib: “Dekabr ayının əvvəllərində dəqiq xatırlamadığım tarixdə Gülnazı onun könüllü razılığı ilə qaçırdım. Onu bibimin yaşadığı Daşkəsən rayonunun qəsəbəsində yerləşən evinə apardım. Gülnazı qaçırtdıqdan bir gün sonra axşam saatlarında onunla təbii yolla cinsi əlaqədə oldum və onun bakirəliyini pozdum. Bundan sonra 3 gün bibimin evində qaldıq. 3 gündən sonra Gülnazın anası gələrək qızını öz evinə apardı. Lakin valideynləri Gülnazın israrla mənimlə evlənmək istədiyini gördülər. Onlarda bununla razılaşdılar. Bundan sonra Göygöl rayonunun kəndində yerləşən Gülnazın atasının evinə köçdük. Orada ər-arvad olaraq yaşadıq. Hazırda isə Gülnaz ilə ər-arvad olaraq birlikdə Daşkəsən rayonunun qəsəbəsində yerləşən atama məxsus evdə yaşayırıq. Ər-arvad olaraq münasibətlərimiz çox yaxşıdır. Maddi imkanım olmadığı üçün Gülnaz ilə toyumuz olmayıb. Heç vaxt Gülnaz ilə qeyri-təbii yolla cinsi əlaqədə olmamışam. Ekspertiza rəyində hansı səbəbdən o, formada göstərilməsini bilmirəm”.
İş üzrə zərərçəkmiş Gülnazın sözlərinə görə, 2022-ci ilin yay aylarında Sənan onların qonşuluğunda yaşayan dayısıgilə gəlib-gedib: “Həmin vaxtlar bir-birimizi gördük və Sənan məndən xoşu gəldiyini dedi. Bundan sonra isə biz sevgili kimi telefonla danışmağa başladıq. Lakin həmin müddətdə bizim heç bir münasibətlərimiz olmadı. 2023-cü ilin yay aylarında öz aramızda razılığa gəldik və Sənanın ailəsi bizə elçi gəldi. Onlar məni Sənan üçün istədilər. Mənim yaşım az olduğu üçün anam əvvəlcə razılıq vermədi. Daha sonra isə israrla Sənan ilə evlənmək istədiyimi dedim. Sənanın ailəsi təkrar elçi gəldikdə biz nişanlandılar”.
Zərərçəkmiş qeyd edib ki, 2023-cü ilin sentyabr ayında Sənanla qaçıb: “Biz iki gün Daşkəsən rayonunun qəsəbəsində olan evdə qaldıq. Evdə heç kim olmadığından aramızda heç bir əlaqə olmayıb. Daha sonra valideynlərim gələrək məni apardılar. 2023-cü ilin dekabr ayının əvvəllərində təkrarən Sənan ilə evlənmək qərarına gəldim və dəqiq xatırlamadığım tarixdə Sənanla qoşulub qaçdım. Sənanın bibisinin yaşadığı evə getdik. Sənanın bibisi mənim yaşımı bilmədi. Biz qaçdığımız gündən bir gün sonra ilk dəfə Sənan ilə ər-arvad olaraq təbii yolla cinsi əlaqədə olduq. 3 gündən sonra valideynlərim gələrək məni öz evimizə gətirdilər”.
Zərərçəkmiş deyib ki, buna baxmayaraq israrla Sənanla evli olmaq istədiyini deyib, həm də anasına Sənanla cinsi əlaqədə olduğunu, bakirəliyinin pozulmasını bildirib: “Anam və atam razılaşdılar. Sənan da bizim Göygöl rayonunun kəndində yerləşən evimizə gəldi. Biz ər-arvad olaraq birlikdə yaşadıq. Valideynlərim tərəfindən mənə qarşı evlənməyim ilə bağlı heç bir təsir olmayıb. Əksinə valideynlərim bu evliliyə razı olmayıb, özüm Sənan ilə evlənmək istəmişəm. Hətta onunla qoşulub qaçmışam. Anam əvvəlcə buna etiraz edib. Onu sonradan razı salmışam”.
Bu cinayət işinə Göygöl Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Sənan 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin cəza çəkdiyi müddət ərzində yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Daşkəsən rayonu ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulub.
Təqsirləndirilən şəxsin üzərinə yaşadığı Daşkəsən rayonu ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, həmçinin üzərinə zərərli vərdişlərdən uzaq durmaq vəzifələrini yerinə yetirilməsi qoyulub.
Cəzanın icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə olunub.
Fariz Məlikli
Demokrat.az