Bakıda 1995-ci il təvəllüdlü Fərid sevgi münasibətində olduğu Sevilə (adlar şərti verilib – red.) işgəncə verib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Fərid 2023-cü ilin martın ortalarında istintaqa konkret məlum olmayan tarixdə Yasamal rayonu, A.Abbasov küçəsindəki yataqxanada yerləşən yaşadığı otaqda sevgili münasibətlərində olduğu Sevil ilə şəxsi münasibətlər və qısqanclıq zəminində aralarında mübahisə edib.
Baş vermiş mübahisə zamanı əzab vermək məqsədi ilə yumruqla Sevilin burun nahiyəsinə zərbə vuraraq ona burun belinin sıyrığı və piqmentasiya sahəsi ilə nəticələnən xəsarət yetirib.
Daha sonra Fərid 2023-cü ilin aprel ayının ortalarında cinayət əməlini davam etdirərək istintaqa konkret məlum olmayan tarixdə, saat 15 radələrində həmin yataqxanada sevgili münasibətlərində olduğu Sevilin divanın üzərində yatmasından, yəni köməksiz vəziyyətindən istifadə edərək qısqanclıq zəminində ondan qisas alıb, onu cəzalandırmaq istəyib.
Bu məqsədi ilə yüksək hərarətə malik yanar vəziyyətdə olan siqaretin ucunu Sevilin alt dodağına basıb və ona alt dodağın sağ yarısının yanıq yarası nəticələnən işgəncə verib.
Bununla kifayətlənməyən Fərid mütəmadi olmaqla cinayət əməlini davam etdirib. O, həmin ilin aprelin 28-də, saat 17 radələrində Nərimanov rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasının yaxınlığında sevgili münasibətlərində olduğu Sevilin ondan ayrılmasını bəhanə edib. Ondan qisas alaraq cəzalandırmaq məqsədi ilə əvvəlcə əlləri ilə saçından tutaraq dartıb. Sonra isə sifət nahiyəsinə əli ilə zərbə vuraraq onu zorla öz ardınca dayandığı yerdən bir neçə metr kənara sürüyüb.
Daha sonra Sevilin sol əlini qəsdən buraraq və təpik zərbəsi ilə vurub. Sevili yerə yıxaraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Növbəti dəfə Fərid mayın 3-də, saat 12 radələrində Nərimanov rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsindəki pilləkəndə sevgili münasibətlərində olduğu Sevilin onunla birlikdə getməkdən imtina etməsini bəhanə edib. O, Sevili cəzalandırmaq məqsədi ilə təpiklə sağ ayağına, habelə yumruqla sol qoluna və bel-oma nahiyəsinə bir neçə zərbə vurub.
İstintaq orqanı tərəfindən Fəridin barəsində Cinayət Məcəlləsinin 133.2.4 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə əzab vermə) və 133.2.6-cı (əzab vermə - işgəncə verməklə törədildikdə) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, onun tərəfindən heç bir hadisə törədilməyib: “Sevil ilə 2023-cü ildən tanış olmuşuq. Aramızda sevgi münasibətləri yaranıb. Sevil ilə evlənmək istəmişəm. Bundan əmin olmaq üçün onu bir neçə dəfə izləmişəm. Bu zaman onu Seymur adlı oğlanın avtomobilindən düşdüyünü görmüşəm. Onunla sözlü mübahisə edərək ayrılmışam”.
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Sevilə bir şans daha verib, onunla danışmağa davam edib: “Buna baxmayaraq Sevil yenə də Seymur ilə danışmağa davam etdi. Daha sonra Seymur Sevilin ona xəyanət etdiyini bilib..
Qeyd edilən xəsarətləri Sevilə Seymur yetirib. Sevilin üzündəki yanıq izi kosmetoloji prosedura zamanı yaranıb. Sevilin üzünə siqaret vurmamışam. Heç bir şəkildə Sevili döyməmişəm, ona xəsarət yetirməmişəm. Sevilin barəmdə ifadə verməyinə səbəb isə onun qızıllarını lombardan çıxarması üçün verdiyim 6 min manat məbləğində pulu ayrıldıqdan sonra geri istəməyim olub. Daha sonra Seymur və Sevillə birləşərək qeyd edilən xəsarətləri mənim tərəfimdən ona yetirildiyini bildiriblər”.
Təqsirləndirilən şəxs deyib ki, onun psixi pozuntuları var və dəfələrlə bununla bağlı müalicə alıb: “Bu səbəbdən Seymurun Sevili döydüyü vaxtları tam xatırlamıram. Ancaq mən Seviiə heç bir xəsarət yetirməmişəm. Buna baxmayaraq onunla barışıq əldə etmişəm”.
İş üzrə zərərçəkmiş Sevilin sözlərinə görə, Fərid ilə sevgi münasibəti olub: “Lakin Fəridin səbəbsiz qısqanclıqları, mütəmadi olaraq məni döyməsindən bezmişəm. Daha sonra onun pis vərdişlərinin olduğunu bilərək onunla əlaqəmi kəsmək istəmişəm. Fərid ondan ayrıldığım üçün məni dəfələrlə küçədə döyüb. Saçımdan tutaraq məni incidib. Münasibətlərimiz olan vaxtlarda ancaq onların evində oturmağımı, işləməməyimi bildirib. Mən buna etiraz etdikdə isə burnuma yumruqla zərbə endirib. Zərbənin təsirindən burnum qanayıb”.
Sevil deyib ki, Seymur onun köhnə sevgilisi olub və onunla heç bir şəkildə Fəridlə danışa-danışa münasibət qurmayıb: “Yolda Fəridin məni döydüyünü görəndə Seymur qardaşıma zəng edib. Daha sonra isə yaxınlaşaraq döyməməsini, hər hansı bir söhbəti varsa evdə həll etməyi bildirib. Fərid bundan əsəbləşərək Fəridi yumruq zərbəsi ilə vurub. Onu da döyməyə davam edib”.
Zərərçəkmiş qeyd edib ki, Fəridgilin evində qaldığı zaman yorğun olduğu üçün divanda yatıb: “Bu zaman Fərid mənim cibimdən telefon nömrəsi tapıb. Həmin telefon nömrəsini də Seymur alıb. Bu zaman dodağımın alt hissəsində ağrı hiss edərək oyandım. Fəridin siqareti üzümə vurduğunu gördüm. Aramızda mübahisə yarandı. Fəridlə aramızda mübahisə qısqanclıq və ondan ayrılmaq istəməyim ilə bağlı olub”.
Zərərçəkmiş daha sonrakı proseslərdə ibtidai istintaqda və məhkəmə istintaqında vermiş olduğu ilkin qismən dəyişdirib. O bildirib ki, döyüldüyü tarixləri tam xatırlamır, təxminən Fərid onu 3-4 dəfə vurub: “Mübahisələrimiz də adətən qısqanclıq zəminində baş verib. İstifadəmdə olan mobil telefon nömrəsi əvvəlki sevgilimin adına olduğundan və Fərid həmin nömrədən istifadə etməyimi istəmədiyindən aramızda mübahisələr olub. Fəridin məni döymək, incitmək niyyəti olmayıb. Sadəcə çox qısqandığı üçün bu cür hərəkətlər edib. Mən yatmış vəziyyətdə olarkən Fərid məni oyatmağa çalışıb. Bu zaman əlində olan siqaret bilmədən üzümə dəyib, bilərəkdən etməyib. Fərid mənim üzümə buz qoyub və həmin hissə yaraya çevrilib. Bundan başqa Fərid ilə barışmışam. Ona qarşı şikayətim yoxdur”.
Bu cinayət işinə Nərimanov Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Fərid 2 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Təqsirləndirilən şəxsin barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunub. O, məhkəmə zalından həbs edilib. Onun cəzasının əvvəli 2024-cü ilin iyunun 4-dən hesablanıb.
Fariz Məlikli
Demokrat.az