481 nəfərin namizədliyi qeydə alınıb — RƏSMİ

GÜNDƏM 01 avqust 2024, 17:15
Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar 1489 nəfərin deputatlığa namizədliyi irəli sürülüb.

Demokrat.az
Modern.az-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

Onlardan indiyə qədər 481 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Namizədliyi irəli sürülən 1489 nəfər arasında 25 siyasi partiyanın 459 nümayəndəsi var.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri sentyabrın 1-də keçiriləcək. Mərkəzi Seçki Komissiyası (MSK) bəyan edib ki, namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin müvafiq dairə seçki komissiyalarına təqdim edilməsi səsvermə gününə ən çox 50, ən azı isə 30 günə qalmışa qədər 18:00-dək davam edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top