Xəbər verdiyimiz kimi, Bakıda çimərlikdən oğurluq edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Bilgəh qəsəbəsində yerləşən çimərlikdə müxtəlif vaxtlarda 6 nəfərin 9000 manat dəyərində 7 ədəd mobil telefonu və içərisində ümumilikdə 750 manat pul olan çantaları oğurlanıb. Faktla bağlı polisə məlumatlar daxil olub. Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 32 yaşlı Niyaməddin Qurbanov müəyyən olunaraq saxlanılıb.
Açıq istirahət məkanlarında vətəndaşların can və mal təhlükəsizliyinin təmin olunması vacib məsələdir. “Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev Demokrat.az-a açıqlamasında deyib ki, çimərliklərdə, ümumiyyətlə açıq istirahət məkanlarında vətəndaşların təhlükəsizliyinin qorunması məqsədilə polis orqanlarının marşrutları var:
“Belə məkanlarda Post Patrul Xidməti fəaliyyət göstərir, dislokasiya üzrə hərəkət cədvəli var, gün ərzində ictimai münasibətlərə zidd hallar baş verərsə, bu barədə komandirə məruzə olunur. Baş vermiş fakt üzrə prosessual hərəkətlərə başlanılır, araşdırma aparılır. Ərazidə kameralar quraşdırılıbsa, görüntülərdən istifadə edilir. Lakin polisə belə faktları araşdırmaq üçün vaxt lazımdır, çünki hadisə vətəndaşların gözündən yayınmaqla törədilir, gizli yolla insanların əmlakı talanır. Vətəndaşlar özləri də belə məqamda polisə dəstək göstərə bilərlər.
Ola bilsin ki, suda olarkən və ya sahildə oyunlara başları qarışarkən əşyalarının yanında, soyunub-geyinmə kabinələrində kimlərinsə özünü şübhəli apardığını görüblər. Bu halda mütləq polisə məlumat verilməlidir ki, müstəntiqlər həmin şəxsin foto robotunu çəksinlər. İnsanlar belə məkanlarda ayıq-sayıq olmalıdırlar. Canımızın, əmlakımızın qorunması üçün özümüz də diqqətli olmalıyıq. İndi kibercinayətlərin, dələduzluq hallarının sayı da artıb. Daxili İşlər Nazirliyi vaxtaşırı bu barədə vətəndaşlara müraciət edir”.
Törə Zeynallı
Demokrat.az