Saçların ağarması qocalığın ilkin əlaməti sayılır. Lakin bəzi insanların saçı gənc yaşlarda da ağara bilər.
Demokrat.az "NTV Türkiye"yə istinadən xəbər verir ki, saçların vaxtından əvvəl ağarmasının səbəbi daha çox vitamin çatışmazlığıdır. Genetik pozğunluqlar, xroniki stress və melanin istehsalındakı disbalans da saçların vaxtından əvvəl ağarmasına səbəb ola bilər. Saçın rəngi saç köklərində olan melanin adlı piqmentlərdən asılıdır. Yaşla birlikdə melanin istehsalı azala bilər, bu da saçın təbii olaraq ağarmasına və ya rənginin açılmasına səbəb olur. Bu piqmentin formalaşması doğumdan əvvəl başlayır.
Bundan başqa erkən yaşda stresli bir hadisə ilə qarşılaşan bəzi insanların saçları da daha erkən ağarmağa başlaya bilər. Çox gənc insanlarda boz saçlarda görünə bilər. Nəsildə erkən yaşlarda saçların ağarması problemi varsa, bu vəziyyət ailənin bütün üzvlərinə təsir göstərə bilər. Düzgün qidalanmamaq, zərərli vərdişlər kimi bir çox faktorlar da saçların ağarmasına səbəbdir.
Saçların sağlamlığı üçün orqanizmin bəzi vitaminlərə daha çox ehtiyacı var. B12, dəmir, yod və C vitamini ilə zəngin qidalanma saçların ağarmasını gecikdirə bilər. Düzdür, saçların ağarması təbii bir proses hesab olunduğundan yaşlanma ilə əlaqəli ağarmanın qarşısını almaq mümkün deyil. Ancaq gənc yaşda saçların ağarmasını dayandırmaq üçün tərkibində bu vitaminlərin olduğu qidaları istehlak etmək və ya əlavə olaraq vitamin qəbul etmək lazımdır.
Törə Zeynallı
Demokrat.az