Rixard Zorgenin abidəsi təmizlənərək abadlaşdırılıb — FOTOLAR

İNCƏSƏNƏT 31 iyul 2024, 17:19
“Abidələrə qayğı”  – Bakı şəhərində heykəltəraşlıq əsərlərinin təmizlənməsi və abadlaşdırılması layihəsi çərçivəsində növbəti təmizləmə- abadlıq işləri davam edir.

Mədəniyyət Nazirliyindən Demokrat.az-a verilən xəbərə görə, Rixard Zorgenin abidəsi — Sovet İttifaqı Qəhrəmanı, İkinci dünya müharibəsində sovet kəşfiyyatçısı olmuş Rixard Zorgenin şərəfinə 1981-ci ildə ucaldılmışdır.

Heykəltəraş Vladimir Siqal, memarlar Rasim Əliyev, Leonid Pavlov, Y. Dubovdur. Abidə Rixard Zorge adına parkda yerləşir. Abidə bürünc və qranitdən hazırlanmışdır. Abidənin quruluşu qeyri-adidir. Hündür qara qranit pyedestalda, tuncdan və qranitdən hazırlanmış yarımdairəvi abidə qurulmuşdur. Onun üzərində mübariz qəhrəmanın üzü həkk edilmişdir. Müəllif kəşfıyyatçının gözlərinə xüsusi diqqət vermişdir.

Hal-hazırda Zorge abidəsi üzərində yüksək təzyiqli su püskürmə üsulu ilə təmizləmə işləri yekunlaşıb.





SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top