Paris Olimpiyadaları: Bir medalın qiyməti nə qədərdir? — FOTO

İDMAN 31 iyul 2024, 16:48
"Oxford Economics" Paris Olimpiyadalarında qaliblərə təqdim edilən qızıl medalların qiymətini açıqlayıb. 

Demokrat.az "Euronews"ə istinadən xəbər verir ki, 529 qram ağırlığında olan qızıl medalın sadəcə altı qramı, yəni yüzdə 1,3-ü qızıldan, qalanı isə saf gümüşdən hazırlanır.

Olimpiyadaların qızıl medalının əslində çox az hissəsi təmiz qızıldan ibarətdir. Paris Olimpiyadasının qızıl medalının dəyərinin 950 avrodiur. (təxminən 1748 AZN)

Bu da təxminən 24 əyar qızıl deməkdir.



Medalda "Eyfel" qülləsinin orijinal çərçivəsindən alınan dəmir parçası medalın ortasına yerləşdirilib və üzərinə "Paris 2024" loqosu vurulub.
Dizaynda Fransanın iki əsrlik qızıl və saat firması "Chaumet"lə birgə çalışılıb.

"Oxford Economics"in məlumatına görə, Olimpiyadaların qızıl medalının dəyəri illər keçdikcə artacaq.

2032-ci ildə Avstraliyada keçiriləcək Olimpiya Oyunlarına qədər hər qızıl medalın dəyəri 1500 avroya (təxminən 2760 AZN) qədər yüksələcək. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top