Venesuela 7 ölkəndən diplomatlarını geri çağırdı

DÜNYA 30 iyul 2024, 15:04
Venesuela yeddi Latın Amerikası ölkəsinin diplomatlarını seçkiləri tənqid etdiklərinə görə geri çağırır.

Demokrat.az
xəbər verir ki, bu barədə “RİA Novosti” Bolivar Respublikasının Xarici İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

Məlumata görə, Karakas Latın Amerikası sağçı hökumətlərinin ölkənin daxili işlərinə müdaxilə və milli suverenliyin pozulması kimi çıxış edən bəyanat və hərəkətlərini pisləyib və bu dövlətləri Vaşinqtona tamamilə tabe olmaqda ittiham edib.

Bununla əlaqədar XİN qeyd edib ki, Venesuela  Argentina , Çili , Peru , Kosta-Rika , Panama , Dominikan Respublikası və Uruqvaydan olan diplomatlarını geri çağırır və bu ölkələrin diplomatik nümayəndələrinin Venesuela ərazisini dərhal tərk etmələrini tələb edir.

Qeyd edək ki, bundan əvvəl Panama prezidenti Xose Raul Mulino Venesuela ilə diplomatik əlaqələrin dayandırıldığını bəyan edib. Panamanın bütün akkreditə olunmuş diplomatları Bolivar Respublikasını tərk edəcəklər.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 avqust 2025, 11:04
Top