“Yaxın vaxtlarda hansı evlərin çıxarışla təmin olunacağının şahidi olacağıq” — Əmlak eksperti

GÜNDƏM 29 iyul 2024, 18:38
Azərbaycanda sənədsiz evlərlə bağlı ayrıca normativ hüquqi aktın qəbulu nəzərdə tutulub. Bunu Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı İnformasiya Sisteminin yaradılması ilə bağlı tədbirdə Daşınma Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin idarə heyətinin sədri Nigar Alimova deyib. O bildirib ki, Azərbaycanda təxminən 400 min sənədsiz fərdi yaşayış ev var. Bunların da əksəriyyəti mühafizə zonalarında, yüksək gərginlikli xətlərin keçdiyi ərazilərdə yerləşir. 

Bəs, sənədsiz evlərlə bağlı qəbul olunacaq aktda əsasən nələr nəzərdə tutulur? 

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında əmlak eksperti Ramil Qasımzadə bildirib ki, yaxın vaxtlarda biz hansı evlərin çıxarışla təmin olunmasının şahidi olacağıq.



“Dövlət xidməti tərəfindən əmlak məsələləri üzrə, sənədsiz evlərin sənədləşdirilməsi istiqamətində iş gedir. Demək olar ki, artıq bu, son mərhlədədir. Bütün sənədsiz evlərə baxış keçirilib. Onların yerləşmə əraziləri təyin olunub. Yəqinki, yaxın vaxtlarda hansı evlərin çıxarışla təmin olunacağı açıqlanacaq. Ümumiyyətlə, əvvəldən də bildirildiyi kimi heç bir kommunal təchizata mane olmayan, yüksək gərginlikli elektrik xətlərinin, su xətlərinin, mühafizə zolağında yerləşməyən neft-qaz kəmərlərinin, dəmir yolu, neft kontraktı sahələrində yerləşməyən daşınmaz əmlakların, fərdi yaşayış evlərinin çıxarışla təminatı həyata keçiriləcək. Neft kontraktı sahəsində, insan sağlamlığına birbaşa təhlükə yaradan yerlərdə yerləşən evlərin təbii ki, çıxarışla təminatı yol verilməzdir. Bu məsələlərin də elektronlaşdırılması nəzərdə tutulub. 

Yəqinki, vətəndaşların birbaşa elektron vasitələrlə müraciətləri qəbul olunacaq. Həmin müraciətlərə uyğun olaraq da, həmin fərdi yaşayış evini çıxarışla təminatı istiqamətində iş görülücək. Hər birinə fərdi yanaşma olacaq. Bu fərdi yanaşmanın da şərtləri sadaladıqlarımızdı. Təhlükəli ərazilərdə yerləşən evlərə 2 mərhələdə baxılacaq. Neft kontraktı sahəsində yerləşən evlərin birmənalı olaraq sökülməsi nəzərə tutulur. Çünki birbaşa insan sağlamlığına ziyan verən yerlərdə fərdi yaşayış evlərinin yerləşməsi nə hökumətin, nə də vətəndaşın istəyidir. Hər bir vətəndaş öz sağlamlığına ziyan verən bir yerdə fərdi yaşayış evinin tikintisindən uzaq durmalıdır. İndi müəyyən səbəblərdən tikilibsə, onların sökülməsi gündəmə gələcək”.
 
Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 oktyabr 2024, 16:57
10 oktyabr 2024, 16:50
Top