Batan yük gəmisinin qalıqları 55 ildən sonra tapıldı

DÜNYA 25 iyul 2024, 23:06
1969-cu il avqustun 25-də Avstraliyada batan “MV Noongah” adlı yük gəmisinin qalıqları 170 metr dərinlikdə aşkar edilib. 

Demokrat.az xəbər verir ki, batdığı zaman 26 ekipaj üzvündən 21-nin həyatını itirdiyi gəmi qalıqlarının yeri yüksək rezolyusiyaya malik dəniz dibinin xəritəsi və video görüntülərindən istifadə edilməklə müəyyən edilib. 

Beləki, qalıq əsasən bütöv və dik vəziyyətdə aşkar edilib.

Qeyd edək ki, Yeni Cənubi Uels sahillərində polad daşıyarkən fırtınaya tutularaq batan və 26 nəfərlik heyətə malik olan “MV Noongah” yük gəmisi üçün o zaman Avstraliya tarixinin ən böyük dəniz axtarış-xilasetmə əməliyyatlarından biri həyata keçirilmişdi. 

Gəmi batdıqdan dərhal sonra ekipaj üzvlərindən 5-i xilas edilib, 21-i isə həyatını itirmişdi. 

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 19:27
Top