Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyhülislam Allahşükür Paşazadə Böyük Britaniyada ədəbiyyat yarışmasının qalibini qəbul edib — FOTOLAR

SİYASƏT 15 mart 2018, 11:53
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyhülislam Allahşükür Paşazadə, Böyük Britaniyada keçirilən Açıq Avrasiya Kitab və Ədəbiyyat Festivalının (the Open Central Asia Book Forum & Literature Festival) qalibi, Azərbaycanlı yazıçı Zaur Həsənovu qəbul edib.

Demokrat.az
-ın məlumatına görə, Şeyhülislam Zaur Həsənovu belə möhtəbər ədəbiyyat yarışmasında 1-ci yer tutması münasibəti ilə təbrik edib.

Zaur Həsənov qeyd edib ki, Açıq Avrasiya Kitab və Ədəbiyyat Festivalı 2014-cü ildə Londonda keçirilib və bu dəfə 20 ölkədən 168 yazıçı öz kitablarını yarışmaya təqdim etmişdir. Zaur Həsənovun yazdığı "Dağlar Adamı" əsəri birinci yerə layiq görülmüşdür. Müsabiqənin şərtlərinə görə, kitabın qalibi Londonda, İngiltərədə kitabını nəşr etmək imkanı qazanır və bu kitab Amazon, Ebay kimi platformalarda ingilis dilində dünya auditoriyasına təqdim olunacaq.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyhülislam Allahşükür Paşazadə qeyd edib ki, Azərbaycanlı yazıçıların belə möhtəbər yarışmalarda qalib gəlməsi Azərbaycan ədəbiyyatına ciddi töhfə verir və yeni, dünya çapına çıxa biləcək Azərbaycan yazıçılarının ölkədə mövcud olmasını təsdiq edir. O, Zaur  Həsənova yaradıcılığında uğurlar arzulayıb.

Qeyd edək ki, bir müddət əvvəl Zaur Həsənovun posterləri Qazaxstanın Alma Ata şəhərində nümayiş olunubdur. 2015-ci ildə, Açıq Avrasiya Kitab və Ədəbiyyat Festivalı məzh bu şəhərdə keçirilir və artıq 20 ölkədən 450 yazıçı festivala qatılacaqlarını təsdiq ediblər.  














 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 aprel 2025, 22:11
24 aprel 2025, 20:43
Top