ABŞ-ni Zəngəzur dəhlizi ilə bağlı mövqeyi necədir? — AÇIQLAMA

DÜNYA 24 iyul 2024, 14:39
İyulun 15-dən Ermənistanda keçirilən "Eagle Partner 2024" adlı birgə erməni-amerikan hərbi təlimləri bu gün başa çatıb. 

ABŞ səfiri Kristin Kvin və üç general - Ceyms Krizel, Entoni Mohat və Endrü Saslav təlimləri qiymətləndiriblər. 

Təlimlərdə Ermənistan Silahlı Qüvvələrinin briqadasının, ABŞ-nin Avropa və Afrikadakı ordusunun və Kanzas Milli Qvardiyasının hərbçiləri də iştirak edirlər. Digər tərəfdən isə ABŞ həm də Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını sürətləndirir və danışıqlarda vasitəçi kimi çıxış etmək üçün təşəbbüs göstərir. 

Bütün bunları nəzərə alaraq, ABŞ-nin bölgədəki vəziyyətlə başğlı marağı və əsas məqsədi nədir? 

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında politoloq Elşən Manafov bildirib ki, ABŞ-nin münaqişə tərəfləri arasında vasitəçilik etmək və bölgənin geosiyasi konfiqurasiyasını dəyişdirmək ilə bağlı cəhdləri bütün hallarda Rusiyanı münaqişə tərəfləri arasında moderator rolundan kənarlaşdırmaq istəyindən irəli gəlir. 

Elşən Manafovun sözlərinə görə, Ermənistandakı Paşinyan rejimi Birləşmiş Ştatların Cənubi Qafqaz ilə bağlı geosiyasi istəklərini həyata keçirməsində “ötürücü qayış” rolunda çıxış edir: 

Tərəflər arasında 2020-ci ilin noyabrında atəşkəs barədə razılıq Rusiyanın vasitəsilə əldə edilib. Birləşmiş Ştatların hazırda qarşıda dayanan əsas vəzifələrindən biri Rusiyanın postsovet məkanında təsir imkanlarının daraltmaq və Cənubi Qafqazda onun nüfuz dairəsini məhdudlaşdırmaqdır. Paşinyan isə zamanında ABŞ-nin maliyyə və siyasi dəstəyi ilə Ermənistanda hakimiyyətə gəlmiş adamdır. 

Təbii ki, ABŞ-nin bəlli dairələri qarşısında məsul olan şəxsdir. Bu mənada Cənubi Qafqazda geosiyasi konfiqurasiyanın dəyişdirilməsi ilə bağlı məlum missiyanın həyata keçirilməsinə görə ABŞ-nin və Kolektiv Qərbin Paşinyan rejimi ilə əməkdaşlığı genişləndirməsi Qərbin regionda geosiyasi maraqları baxımından anlaşılandır. 

ABŞ israr ilə Azərbaycan-Ermənistan sülh müqaviləsinin mətnində özünün maraqlarına cavab verə biləcək dəyişikliklərin edilməsinə çalışır. İlk növbədə ABŞ-ni Zəngəzur dəhlizi ilə bağlı amillər daha çox düşündürür. Çünki müasir dünyada, qlobal güclər arasındakı geosiyasi qarşıdurmada dəhlizlərin əhəmiyyəti birəbeş artıb. Bu mənada Cənubi Qafqazada nəqliyyat kommunikasiya xətləri və dəhlizlər uğrunda mübarizə ABŞ-nin, Kollektiv Qərbin, ilk növbədə Fransanın maraqlarında prioritet təşkil edir. 

Siyasətdə səmimiyyət güdmək lazım deyil. ABŞ-nin bölgə ilə bağlı gosiyasi maraqları var. Amma təəssüf doğuran amil ondan ibarətdir ki, ABŞ bir qayda olaraq Azərbaycan ilə Avropanın enerji təhlükəsizliyi sahəsində əməkdaşlığa böyük önəm versə də, regionun təhlükəsizliyi və sabitliyi ilə bağlı məsələlərdə Azərbaycan Prezidentinin irəli sürdüyü təkliflər nədənsə ABŞ tərəfindən nərəzə alınmır. Burda 3+3 formatında Azərbaycan Prezidentinin məlum layihəsini nəzərdə tuturam. Bu layihə bölgədən kənar dövlətlərin bölgənin təhlükəsizliyi ilə bağlı problemlərə müdaxiləsini qadağan edir. Bu da ABŞ-ni və Kollektiv Qərbi qane etmir. ABŞ-nin də, Kollektiv Qərbin də münaqişə tərəfləri arasında danışıqlarda vasitəçilik etmək istəyi məhz bu qayğılardan və istəklərdən irəli gəlir”. 

Əfsanə Rəcəb
Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top